Seçməmiz Rusiyanı məğlub edib zirvəyə qalxdı
Yunanıstanda şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın 8-ci turunda Azərbaycan seçməsinin rəqibi Rusiya kollektivi olub. Liderlə görüşdə qələbə qazanan şahmatçılarımız sona bir tur qalmış zirvəyə yüksəliblər.
Qadınlardan ibarət komandamaz isə Fransadan üstün olublar.
Rusiya - Azərbaycan - 1:3
1. Aleksandr Qrişuk (2785) - Şəhriyar Məmmədyarov (2791) - 0:1
2. Yan Nepomnyatç (2733) -Teymur Rəcəbov (2741) - 0:1
3. Maksim Matlakov (2730) - Arkadi Naydiç (2702) - 1:0
4. Daniil Dubov (2677) - Rauf Məmmədov (2678) - 0:1
Fransa - Azərbaycan - 1:3
1. Marie Sebaq (2495) - Günay Məmmədzadə (2393) - 0.5:0.5
2. Almira Skripçenko (2399) - Zeynəb Məmmədyarova (2298) - 0:1
3. Silvia Kollas (2288) - Fətəliyeva Ülviyyə (2348) - 0:1
4. Paulino Quşar (2285) - Gülnar Məmmədova (2385) - 0.5:0.5
Qadın şahmatçılardan ibarət seçməmiz isə 9 xalla 10-cu pillədə qərarlaşıb.