Seçməmizdən daha bir qızıl medal
Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın 4-cü günündə daha dörd güləşçimiz mübarizəyə qoşulub.
Ən yaxşı nəticəni qadınların yarışında Nataliya Sinişin qazanıb. Bütün rəqiblərini məğlub edən təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
69 kq çəki dərəcəsində mübarizə aparan Gözəl Zutova startdaca məğlubiyyətlə barışıb.
Sərbəst güləşçilərimiz isə ümidləri doğrultmayıb. 70 kq-da Gitinomaqomed Hacıyev, 125 kq-da Cəmaləddin Məhəmmədov mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, dörd gündən sonra seçməmizin aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc medal var.