Sərbəst güləşçilərimiz vətənə dönüblər

Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında uğurla çıxış edən sərbəst güləş komandamız vətənə dönüb.

Sportline.az xəbər verir ki, idmançılarımız Heydər Əliyev adına hava limanında böyük coşğu ilə qarşılanıblar. Avropa çempionatında 6 medalla 145 xal toplayan sərbəst güləş komandamız Rusiya və Türkiyə seçməsindən sonra 3-cü yeri tutub.

Xatırladaq ki, idmançılarımızdan Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov Avropa çempionu olub. Ağahüseyn Mustafayev gümüş medal qazandığı halda, Nurməhəmməd Hacıyevlə Mahir Əmiraslanov bürünc mükafatla kifayətlənib.