Sərdar Azmunu "Fənərbağça"ya tövsiyə etdi

"Bayer"in (Leverkuzen) iranlı futbolçusu Sərdar Azmun komandadan ayrılmaq istəyir.

Sportline.az xəbər verir ki, meneceri 28 yaşlı hücumçunu "Fənərbağça", "Marsel" və "Lion"a tövsiyə edib.

Ötən il "Zenit"dən 2.5 milyon avroya "Bayer"ə keçən Azmun bu mövsüm 32 oyunda 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.