Serqey Semak Vendelin zədəsi barədə danışıb
"Zenit"in çalışdırıcısı Serqey Semak "Dinamo" ilə 4-cü turun oyununda zədələnən Vendel haqqında açıqlama verib.
Sportline.az xəbər verir ki, rusiyalı mütəxəssis Zenitin rəsmi saytına oyunçunun necə zədələndiyinə dair açıqlamalar verib.
"Vendel matç zamanı baş verən toqquşmada zədələndi. Olduqca sərt faul idi. Bu, zədə baxımından müəyyənedici amil oldu. Əzələ zədəsi deyil. Bağın zədələnmə dərəcəsi müəyyənləşdirilir, həkimlərimiz bunun üzərində işləyir, əlavə diaqnostika hələ də aparılmalıdır" deyə 48 yaşlı çalışdırıcı bildirib.
Vendel yeni mövsümdə çıxdığı 6 oyunda 1 qol və 8 asistlə yadda qalıb.
Qeyd edək ki, "Qalatasaray" klubu uzun müddət braziliyalı futbolçunu transfer istəmiş, lakin danışıqlar uğursuz alınmışdı.