"Sevilya" - "Mançester Yunayted": Düşərgədə son durum

Bu gün Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, “Old Trafford”da geri dönüş edərək məğlubiyyətdən xilas olan “Sevilya” cavab oyununda qələbə əzmindədir. “Sevilya” nın heyətində Joan Jordan zədə, Qonzalo Montiel isə cəza səbəbindən oyunu buraxmalı olacaq.

“Qırmızı şeytanlar”da isə itkilər kifayət qədərdir. Malasiya, Maktominey, Varan, Reşford, Lisandro Martines, Van De Bek, Qarnaço zədə, Bruno Fernandeş isə cəza səbəbindən Ten Haqın sərəncamında olmayacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü Artur Diaşın başçılığı ilə portuqaliyalı hakimlər briqadası idarə edəcək.