"Sevilya" matçı ərəfəsində "Fənərbağça"da son durum

Bu gün Avropa Liqası turnirinin 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbağça" bu gün çətin vəzifənin öhdəsindən gəlməlidir. Səfərdən məğlubiyyətlə dönən sarı-lacivərdlilər cavab görüşündə azarkeşlərini sevindirmək əzmindədirlər. Əlbəttə ki, bu heç də asan vəzifə sayılmır. İstanbul səfərinə 2-0 hesablı üstünlüklə yollanan "Sevilya" cavab matçında da azarkeşlərini sevindirmək gücündədir. İspaniya təmsilçisi PSV ilə oyunda üstünlüyü qorumaq bacarığını nümayiş etdirmişdi. Bu baxımdan, vəziyyəti dəyişmək üçün ən azı 2 qol vurub, qapısını toxunumaz saxlamalı "Fənərbağça" isə olduqca ciddi sınaq qarşısındadır. Hər iki komandanın heyətində itkilər var. “Fənərbağça”da Linkoln, Luan Perez, Sanqare, qonaqlarda isə Geye, Markao, Papu Qomez, Karim Rekik zədə üzündən komandasına kömək edə bilməyəcək.

Oyun Bakı vaxtı ilə 21:45-də başlanacaq.