Məmmədyarov Karuanaya, Azərbaycan ABŞ-a məğlub oldu
Gürcüstanın Batumi şəhərində 43-cü Dünya Şahmat Olimpiadası davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə iştirakçı komandalar 8-ci tur çərçivəsində üz-üzə gələcək.
Kişilərdən ibarət Azərbaycan seçməsinin rəqibi ABŞ olacaq. 13 xalla turnir cədvəlinə liderlik edən komandaların dueli gərgin mübarizə vəd edir.
Qadın zəka sahiblərimiz isə Gürcüstanın 2-ci komandası ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
02 oktyabr 2018
Dünya Şahmat Olimpiadası
8-ci tur
Kişilər
ABŞ - Azərbaycan - 2,5:1,5
Fabiano Karuana ⚪ - ⚫ Şəhriyar Məmmədyarov - 1:0
Uesli So ⚫ - ⚪ Teymur Rəcəbov - 0:1
Hikaru Nakamura ⚪ - ⚫ Arkadi Naydiç - 0,5:0,5
Samuel Şanklend ⚫ - ⚪ Rauf Məmmədov - 1:0
Qadınlar
Gürcüstan-2 - Azərbaycan - 1,5:2,5
Salome Meliya ⚪ - ⚫ Günay Məmmədzadə - 0:1
İnqa Çarxalaşvili ⚫ - ⚪ Zeynəb Məmmədyarova - 1:0
Sofio Qvetadze ⚪ - ⚫ Xanım Balacayeva - 0:1
Sopiko Xuxaşvili ⚫ - ⚪ Gülnar Məmmədova - 0,5:0,5