Şahmat Olimpiadası: Komandalarımızdan növbəti qələbələr
Gürcüstanın Batumi şəhərində 43-cü Dünya Şahmat Olimpiadası davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə iştirakçı komandalar 6-cı tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
İlk 5 turda qələbə qazanan kişilərdən ibarət komandamız bu dəfə Çexiyanı sınağa çəkəcək.
Hesabında 4 qələbə olan qadın zəka sahiblərimiz isə Latviya şahmatçıları ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
30 sentyabr 2018
Şahmat Olimpiadası
6-cı tur
Kişilər
AZƏRBAYCAN - ÇEXİYA - 3:1
Şəhriyar Məmmədyarov ⚪ - ⚫ David Navara - 1:0
Teymur Rəcəbov ⚫ - ⚪ Viktor Lazniçka - 0,5:0,5
Arkadi Naydiç ⚪ - ⚫ Zbinek Qraçek - 1:0
Rauf Məmmədov ⚫ - ⚪ İrji Stoçek - 0,5:0,5
Qadınlar
AZƏRBAYCAN - LATVİYA - 2,5:1,5
Günay Məmmədzadə ⚪ - ⚫ Laura Roqule - 0,5:0,5
Xanım Balacayeva ⚫ - ⚪ İlze Berzina - 0,5:0,5
Gülnar Məmmədova ⚪ - ⚫ Linda Krumina
Ülviyyə Fətəliyeva ⚫ - ⚪ Elizabete Limanovska - 1:0