Azərbaycan şahmatçıları Çin komandasına uduzdu

Gürcüstanın Batumi şəhərində 43-cü Dünya Şahmat Olimpiadası davam edir. SportLine.az xəbər verir ki, növbəti yarış günündə iştirakçı komandalar 9-cu tur çərçivəsində münasibətləri aydınlaşdıracaq.

Ötən gün ABŞ-a məğlub olmaqla liderliyi əldən verən kişilərdən ibarət komandamız Çin seçməsi ilə üz-üzə gələcək. Bu qarşılaşma çərçivəsində keçiriləcək Şəhriyar Məmmədyarov - Liren Dinq dueli gərgin mübarizə vəd edir.

Qadın zəka sahiblərimiz isə Ukrayna şahmatçıları ilə münasibətləri aydınlaşdıracaqlar.

Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.


03 oktyabr 2018
Dünya Şahmat Olimpiadası
9-cu tur

Kişilər

Azərbaycan - Çin - 1,5:2,5

Şəhriyar Məmmədyarov ⚪ - ⚫ Liren Dinq - 0,5:0,5

Teymur Rəcəbov ⚫ - ⚪ Yu Yanqyi - 0,5:0,5

Arkadi Naydiç ⚪ - ⚫ Vey Yi - 0,5:0,5

Eltac Səfərli ⚫ - ⚪ Bu Xianqji - 0:1

Qadınlar

Azərbaycan - Ukrayna - 2:2

Günay Məmmədzadə ⚪ - ⚫ Anna Mujiçuk - 0:1

Xanım Balacayeva ⚫ - ⚪ Mariya Mujiçuk - 0,5:0,5

Gülnar Məmmədova ⚪ - ⚫ Anna Uşenina - 1:0

Ülviyyə Fətəliyeva ⚫ - ⚪ Yuliya Osmak - 0,5:0,5