Şahmat Olimpiadası: Komandalarımız heç-heçə etdi
Gürcüstanın Batumi şəhərində 43-cü Şahmat Olimpiadası davam edir. SportLine.az xəbər verir ki, növbəti yarış günündə iştirakçı komandalar 7-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaq.
İlk 6 turdan sonra maksimum nəticə göstərən kişilərdən ibarət Azərbaycan seçməsinin rəqibi Polşa kollektivi olacaq.
Qadın zəka sahiblərimiz isə İtaliya ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
01 oktyabr 2018
Dünya Şahmat Olimpiadası
7-ci tur
Kişilər
Polşa - Azərbaycan - 2:2
Duda Yan-Kşiştof ⚪ - ⚫ Şəhriyar Məmmədyarov - 0,5:0,5
Rodoslav Voytaşek ⚫ - ⚪ Teymur Rəcəbov - 0,5:0,5
Tomçak Yaçek ⚪ - ⚫ Arkadi Naydiç - 0,5:0,5
Kamil Draqun ⚫ - ⚪ Eltac Səfərli - 0,5:0,5
Qadınlar
İtaliya - Azərbaycan - 2:2
Olqa Zmina ⚪ - ⚫ Günay Məmmədzadə - 0,5:0,5
Marina Brunello ⚫ - ⚪ Ülviyyə Fətəliyeva - 0,5:0,5
Desire Di Bendetto ⚪ - ⚫ Xanım Balacayeva - 0,5:0,5
Elena Sedina ⚫ - ⚪ Zeynəb Məmmədyarova - 0,5:0,5