Şahmat Olimpiadasında növbəti məğlubiyyət
Gürcüstanın Batumi şəhərində 43-cü Dünya Şahmat Olimpiadası davam edir. SportLine.az xəbər verir ki, növbəti yarış günündə iştirakçı komandalar 10-cu tur çərçivəsində münasibətləri aydınlaşdıracaq.
Kişilərdən ibarət komandamız Ukrayna, qadın zəka sahiblərimiz isə Ermənistan şahmatçıları ilə üz-üzə gələcək.
Görüşlər Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
04 oktyabr 2018
Dünya Şahmat Olimpiadası
10-cu tur
Kişilər
Azərbaycan - Ukrayna - 1,5:2,5
Şəhriyar Məmmədyarov - Vasili İvançuk - 0,5:0,5
Teymur Rəcəbov - Pavel Elyanov - 0,5:0,5
Arkadi Naydiç - Yuri Krivoruçko - 0:1
Rauf Məmmədov - Ruslan Panamaryov - 0,5:0,5
Qadınlar
Azərbaycan - Ermənistan - 2:2
Günay Məmmədzadə - Elina Danielyan - 0,5:0,5
Zeynəb Məmmədyarova - Lilit Mkrtçyan - 0,5:0,5
Xanım Balacayeva - Anna Sarqsyan - 0,5:0,5
Gülnar Məmmədova - Mariya Kursova - 0,5:0,5