Şahmatçılarımızın yeni reytinqi açıqlandı

FİDE şahmatçıların yeni reytinq cədvəlini təqdim edib.

SportLine.az xəbər verir ki, ən yaxşı göstərici yenə Şəhriyar Məmmədyrovun aktivindədir. Ötən ayla müqayisədə mövqeyində dəyişiklik olmayan qrossmeysterimiz 5-ci pillədədir. Onun hesabında 2790 xal var.

2756 xala sahib Teymur Rəcəbov 13-cü pillədəki yerini qoruyub.

13 pillə geriləyən Arkadi Naydiç 2710 xalla 35-cidir. 2701 xala malik Rauf Məmmədov 42-ci sırada qalıb. 2664 xalı olan Qədir Hüseynov isə 1 pillə geriləyib və 82-ci yerdədir. 23 pillə geriləyən Eltac Səfərli 2662 xalla 85-cidir.

Qadınlardan Günay Məmmədzadə 2438 xalla 39-cu pillədədir. O, 10 pillə irəliləyib. 2398 xala malik Xanım Balacayeva 2 pillə geriləyib və 64-cü sıraya enib. Gülnar Məmmədova isə “100-lüy”ü tərk edib.