Şahmatçıların yeni dünya reytinqi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni ilin ilk reytinq siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov 3-cü pillədəki (2817) mövqeyini qoruyub. O, lider Maqnus Karlsendən  (Norveç, 2835) 18, Fabiano Karuanadan isə (ABŞ, 2828) 11 xal geri qalır.

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 14-cü (2757), Arkadi Naydiç 21-ci (2734), Rauf Məmmədov 42-ci (2703), Eltac Səfərli (2681) 62-ci,  Qədir Hüseynov (2664) isə 81-ci pillədə yer alıb.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2422) 49-cu, Xanım Balacayeva 65-ci (2397), Gülnar Məmmədova isə 2368 xalla 99-cu pillədədir.