Şahmatçımız 8-ci oldu
Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatı yekunlaşıb.
SportLine.az xəbər verir ki, 302 idmançının iştirak etdiyi yarışda Azərbaycan üç şahmatçı ilə təmsil olunub. Ən yaxşı nəticəyə isə Eltac Səfərli imza atıb. O, 8 xalla 8-ci pillənin sahibi olub. 7,5 xala sahib Rauf Məmmədov və Qədir Hüseynov 26-27-ci yerləri bölüşüb.
Qeyd edək ki, 11 oyundan 8,5 xal toplayan xorvatiyalı İvan Şariç yarışın qalibi olub. Polşalı Radoslav Voytaşek ikinci, rusiyalı Sənan Syuqirov isə üçüncü olub.