Naydiç heç-heçə ilə başladı

Bu gün Almaniyada  "GRENKE Chess Classic" şahmat turniri start götürür.

SportLine.az xəbər verir ki, 8 qrossmeysterin mübarizə aparacağı yarışda Azərbaycanı Arkadi Naydiç təmsil edəcək.

Zəka sahibi ilk turda fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.

Qeyd edək ki, aprelin 9-da başa çatacaq yarışda dünya şahmatının lideri Maqnus Karlsen və İddiaçılar Turnirinin qalibi Fabiano Karuana da iştirak edir.


31 mart 2018
GRENKE Chess Classic
1-ci tur

Fabiano Karuana (ABŞ) ⚪ – ⚫ Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Mattias Blübaum (Almaniya) ⚪ – ⚫ Nikita Vityuqov (Rusiya) - 0:1
Georq Mayer (Almaniya) ⚪ – ⚫ Levon Aronyan (Ermənistan) - 0,5:0,5
Arkadi Naydiç (Azərbaycan) ⚪ - ⚫ Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) ⚪ - ⚫ Hou Yifan (Çin) - 0,5:0,5

Turnir cədvəli:

1. Nikita Vityuqov (Rusiya) - 1
2-9. Maqnus Karlsen (Norveç) - 0,5
2-9. Fabiano Karuana (ABŞ) - 0,5
2-9. Arkadi Naydiç (Azərbaycan) - 0,5
2-9. Vişvanatan Anand (Hindistan) - 0,5
2-9. Georq Mayer (Almaniya) - 0,5
2-9. Levon Aronyan (Ermənistan) - 0,5
2-9. Hou Yifan (Çin) - 0,5
2-9. Maksim Vaşye-Laqrav (Fransa) - 0,5
10. Mattias Blübaum (Almaniya) - 0