Şahruddin Məhəmmədəliyevin son durumu

“Qarabağ”ın və milli komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev təxminən 20 günə kimi məşqlərə başlayacaq.

Bu haqda Sportline.az saytına klubun mətbuat katibi Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, yanvar ayında qolundan əməliyyat olunan qolkiperin mövsümün sonunadək sıraya dönmək ehtimalı var.

Komandanın digər zədəli fubolçusu Abbas Hüseynovun da müalicəsi davam edir.

Arxa diz bağları qopduğuna görə əməliyyat olunan futbolçunun yeni mövsümün əvvəlində kollektivə qoşulacağı gözlənilir.

Banner