"Şamaxı" "Qarabağ"a, "Neftçi" "Qəbələ"yə qarşı
Bu gün Misli Premyer Liqasında 19-cu tura yekun vurulacaq.
Sportline.az xəbər verir ki, 3-cü oyun gününə 2 matç nəzərdə tutulub.
Son çempion "Qarabağ" səfərdə "Şamaxı" ilə qarşılaşacaq. Görüş saat 14:30-da başlayacaq.
Digər qarşılaşmada isə "Neftçi" "Qəbələ"ni qəbul edəcək. Matç saat 19:00-da start götürəcək.
10 fevral
14:30. "Şamaxı" – "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu
19:00. "Neftçi" – "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
"Palms Sports Arena"
8 fevral
"Sabah" - "Araz-Naxçıvan" - 4:1
"Sumqayıt" - "Zirə" - 2:3
9 fevral
"Turan Tovuz" - "Karvan-Yevlax" - 1:0
"İmişli" - "Kəpəz" - 0:0