"Şamaxı"da ayrılıq yaşanıb

"Şamaxı" futbolçusu Antonio Lara ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bölgə təmsilçisi göstərdiyi xidmətlərə görə ona edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Şamaxı" bunadək Sənan Muradlı ilə də vidalaşıb.