Şəmkirdə mübarizə
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” turniri start götürür. Sportline.az xəbər verir ki, Şəmkirdə təşkil olunan ənənəvi yarışda ölkəmizi Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov təmsil edir. Bu gün başlanacaq yarışın ilk turunda qarşılaşacaq cütlər belədir:
Radoslav Voytaşek (Polşa) - Vladimir Kramnik (Rusiya)
Veselin Topalov (Bolqarıstan) - Maykl Adams (İngiltərə)
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Sergey Karyakin (Rusiya) - Pentala Harikrişna (Hindistan)
Pavel Elyanov (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan)