"Shamkir Chess 2019": 6-cı tur
“Şəmkir Çess” superturnirində bir günlük fasilədən sonra mübarizə davam edir.
Sportline.az xəbər verir ki, bu gün yarışlarda 6-cı tur başlanacaq. Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov bolqarıstanlı Veselin Topalovla, Teymur Rəcəbov isə Aleksandr Qrişukla üz-üzə gələcək.
Turun digər görüşlərində norveçli dünya çempionu Maqnus Karlsen çinli Dinq Lirenlə, hollandiyalı Aniş Giri çexiyalı David Navara, Seryey Karyakin isə Vişvanatan Anandla qarşılaşacaq. Hazırda yarış cədvəlinə 3 xal yarımla Maqnus Karlsen başçılıq edir. Teymur Rəcəbov 2 xal yarımla 7-ci, Şəhriyar Məmmədyarov isə 2 xalla 8-ci yerdədir.