"Shamkir Chess 2019": bütün görüşlərdə heç-heçə
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində 4-cü turun görüşləri yekunlaşıb.
Sportline.az xəbər verir ki, qrossmeysterimiz Teymur Rəcəbov Aniş Giri ilə görüşdə xalları yarı bölüb - 0,5:0,5
Çexiyalı David Navara ilə qarşılaşan Şəhriyar Məmmədyarov da uzun müddət davam edən görüşdən sülhlə ayrılıb. Digər iki görüşdə də bərabərlik qeydə alınıb.
"Shamkir Chess 2019"
IV tur
3 aprel
Veselin Topalov (Bolqarıstan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Dinq Liren (Çin) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya) - 0,5:0,5
Qeyd edək ki, Maqnus Karlsen 3 xalla turnir cədvəlinin lideridir. Aktivində 2,5 xal olan Dinq Liren və Sergey Karyakin 2-3-cü, 2 xalı olan Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 4-6-cı yerləri bölüşür. Aniş Giri, Aleksandr Qrişuk, David Navara və Şəhriyar Məmmədyarov isə 1,5 xalla 7-10-cu yerlərdədir.