"Shamkir Chess 2019": Şəhriyar uduzdu, Teymurdan heç-heçə

Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində 3-cü tur yekunlaşıb.

Sportline.az xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov hindistanlı rəqibi Vişvanatan Anandla görüşdə məğlub olub - 0:1.

Digər təmsilçimiz Teymur Rəcəbov isə Çin şahmatçısı Dinq Lirenlə görüşdə xalları yarı bölüb - 0,5:0,5. Turnirin vahid lideri isə çexiyalı David Navaradan üstün olan norveçli Maqnus Karlsendir.

Shamkir Chess 2019
III tur
2 aprel

Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5
David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç) - 0:1 
Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) - 0,5:0,5 
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0