Azərbaycan şahmatçıları tilsimi qıra bilmədilər

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 5-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Ötən gün Veselin Topalova uduzan Şəhriyar Məmmədyarov Aniş Giri ilə üz-üzə gələcək. 

Teymur Rəcəbovun rəqibi Liren Dinq olacaq. 

Rauf Məmmədov isə Sergey Karyakinlə qarşılaşacaq.

Bütün görüşlər saat 15:00-da başlanacaq.


23 aprel 2018
"ShamkirChess"
5-ci tur

Liren Dinq (Çin) ⚪ - ⚫ Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) ⚪ - ⚫ Aniş Giri (Hollandiya) - 0,5:0,5
David Navara (Çexiya) ⚪ - ⚫ Veselin Topalov (Bolqarıstan) 0:1
Rauf Məmmədov (Azərbaycan) ⚪ - ⚫ Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) ⚪ - ⚫ Radoslav Voytaşek (Polşa) - 1:0

Turnir cəvdəli:

1. Veselin Topalov (Bolqarıstan) - 3,5
2. Maqnus Karlsen (Norveç) - 3
3-7. Teymur Rəcəbov (Azərbaycan) - 2,5
3-7. Liren Dinq (Çin) - 2,5
3-7. Aniş Giri (Hollandiya) - 2,5
3-7. Sergey Karyakin (Rusiya) - 2,5
3-7. Rauf Məmmədov (Azərbaycan) - 2,5
8-10. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 2
8-10. Radoslav Voytaşek (Polşa) - 2
8-10. David Navara (Çexiya) - 2