Azərbaycanlı şahmatçılardan növbəti heç-heçələr

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" turniri davam edir. SportLine.az xəbər verir ki, iştirakçılar növbəti gündə 2-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçilərindən Teymur Rəcəbovla Rauf Məmmədov bu tur bir-birinə rəqib olacaq. Şəhriyar Məmmədyarov isə Polşa qrossmeysteri Radoslav Voytaşeklə üz-üzə gələcək.

Bütün görüşlər saat 15:00-da başlanacaq.


20 aprel 2018
"Shamkir Chess 2018"
2-ci tur

Teymur Rəcəbov (Azərbaycan) ⚪ - ⚫ Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) ⚪ - ⚫ David Navara (Çexiya) - 0,5:0,5
Radoslav Voytaşek (Polşa) ⚪ - ⚫ Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) ⚪ - ⚫ Liren Dinq (Çin) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) ⚪ - ⚫ Aniş Giri (Hollandiya) - 0,5:0,5

Qeyd edək ki, ilk iki turdan sonra bütün iştirakçıların aktivində 1 xal var.