"ShamkirChess"də qalib müəyyənləşdi

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" turniri bu gün yekunlaşacaq. SportLine.az xəbər verir ki, sonuncu tur çərçivəsində daha beş oyun keçiriləcək.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov və Rauf Məmmədov bir-birinə rəqib olacaq. Teymur Rəcəbov isə David Navara ilə qarşılaşacaq.

Turun mərkəzi görüşündə dünya çempionu Maqnus Karlsen Liren Dinqlə üz-üzə gələcək. Norveçli şahmatçı heç-heçə ilə qələbəni təmin edəcəyi halda, L.Dinqdən turnirin qalibi olmaq üçün mütləq 1 xal qazanmaq tələb olunur.

Bütün görüşlər saat 15:00-da başlanacaq.


28 aprel 2018
"ShamkirChess"
9-cu tur

David Navara (Çexiya) ⚪ - ⚫ Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) ⚪ - ⚫ Şəhriyar Məmmədyarov (Azərbaycan) -  0,5:0,5
Maqnus Karlsen (Norveç) ⚪ - ⚫ Liren Dinq (Çin) -  0,5:0,5
Radoslav Voytaşek (Polşa) ⚪ - ⚫ Aniş Giri (Hollandiya) -  0,5:0,5
Sergey Karyakin (Rusiya) ⚪ - ⚫ Veselin Topalov (Bolqarıstan) - 1:0

Turnir cəvdəli:

1. Maqnus Karlsen (Norveç) - 6
2. Liren Dinq (Çin) - 5,5
3.  Sergey Karyakin (Rusiya) - 5
4-7. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 4,5
4-7. Radoslav Voytaşek (Polşa) - 4,5
4-7. Teymur Rəcəbov (Azərbaycan) - 4
4-7. Aniş Giri (Hollandiya) - 4,5
8-9. Veselin Topalov (Bolqarıstan) - 4
8-9. Rauf Məmmədov (Azərbaycan) - 4
10. David Navara (Çexiya) - 2,5