Şarapova və Bekhem Nyu-Yorkda keçirilən tədbirdə görüşüblər
Tennisdə dünyanın keçmiş bir nömrəsi Mariya Şarapova Nyu Yorkda keçirilən "Stella Summer Series" tədbirinə qatılıb.
Sportline.az xəbər verir ki, qonaqlar arasında İngiltərə millisinin keçmiş futbolçusu, hazırda "İnter Mayami"nin sahibi olan Devid Bekhem də olub. Onlar tədbirdə bir arada görüntüləniblər.
Mariya Şarapova beş qat Böyük Dəbilqə turnirinin qalibi və Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
Devid Bekhem "Real Madrid", "Mançester Yunayted", PSJ, "Milan" və "Los Angeles Qalak"si kimi klublarda peşəkar oynayıb və 19 kubok qazanıb.