"Şəhərlilər"dən "Liverpul"a 4 qol

İngiltərə Premyer Liqasının 29-cu turunda "Mançester Siti" "Liverpul"u qəbul edib. 

Sportline.az xəbər verir ki, "Etihad" stadionunda keçirilən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Siti" - "Liverpul" - 4:1
Qollar: 
Salah, 17 (0:1), Alvares, 27 (1:1), De Brüyne, 46 (2:1), Gündoğan, 53 (3:1), Qriliş, 74 (4:1)

Bu nəticədən sonra "Mançester Siti" 64 xalla (28 oyun) 2-ci, "Liverpul" 42 xalla (27 oyun)  6-cıdır. Turnir cədvəlinə 69 xalla (28 oyun)  "Arsenal" başçılıq edir.