Şehiç "Qarabağ"ın düşərgəsində
Bosniya və Herseqovina millisinin və “Konyaspor” qapıçısı İbrahim Şehiç sabiq klubu “Qarabağ”ın düşərgəsini ziyarət edib.
Sportline.az xəbər verir ki, 34 yaşlı oyunçu Ağdam təmsilçisinin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində komandanın futbolçu və məşqçi heyəti ilə görüşüb. Şehiç onlarla ayaqüstü söhbət də edib.
Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da oynayıb.