Şəhriyar Məmmədyarov 7-ci oldu

Norveçdə "Altibox" turnirinə yekun vurulub. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov mübarizəni 7-ci pillədə yekunlaşdırıb.

Qrossmeysterimiz mübarizəni 7 heç-heçə, 1 məğlubiyyətlə bitirib.

Yarışın qalibi adını isə Fabiano Karuana qazanıb:

1. Fabiano Karuana (ABŞ) - 5
2-4. Maqnus Karlsen (Norveç) - 4,5
2-4. Hikaru Nakamura (ABŞ) - 4,5
2-4. Vişvanatan Anand (Hindistan) - 4,5
5-6. Uesli So (ABŞ) - 4
5-6. Levon Aronyan (Ermənistan) - 4
7. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 3,5
8-9. Maksim Vaşe-Laqrav (Fransa) - 3
8-9. Sergey Karyakin (Rusiya) - 3
10. Liren Dinq (Çin) - 0 (Mübarizəni yarımçıq tərk edib)