Məmmədyarov heç-heçə etdi, Karuana şəriksiz lider oldu
Almaniyanın paytaxtı Berlində şahmatçıların İddiaçılar Turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 7-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşacaq. 6 turdan sonra 4 xal toplayan qrossmeysterimiz bu görüşün favoriti hesab olunur.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlanacaq:
18 mart 2018
ŞAHMAT, İddiaçılar Turniri
7-ci tur
A.Qrişuk (Rusiya) - Ş.Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
V.Kramnik (Rusiya) - L.Dinq (Çin) - 0,5:0,5
S.Karyakin (Rusiya) - U.So (ABŞ) - 1:0
L.Aronyan (Ermənistan) - F.Karuana (ABŞ) - 0:1
Turnir cədvəli:
1. F.Karuana - 5
2. Ş.Məmmədyarov - 4,5
3-5. V.Kramnik - 3,5
3-5. L.Dinq - 3,5
3-5. A.Qrişuk - 3,5
6. S.Karyakin - 3
7-8. U.So - 2,5
7-8. L.Aronyan - 2,5