Şəhriyar Məmmədyarov FİDE reytinqində gerilədi

FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, "TOP-100"də 6 Azərbaycan şahmatçısı yer alıb.

Ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. Ötən siyahı ilə müqayisədə bir pillə geriləyən "Şah" planetin 3-cü ən güclü qrossmeysteridir. Onun aktivində 2808 xal var. 

Teymur Rəcəbov 2751 xalla 16-cı, Rauf Məmmədov 2708 xalla 33-cü, Arkadi Naydiç 2697 46-cı, Eltac Səfərli 2657 xalla 92-ci, Qədir Hüseynov isə 2654 xalla 100-cüdür. Rəcəbov ötən siyahı ilə müqayisədə 2, Məmmədov 5, Səfərli 8 pillə irəliləyib. Əvəzində Naydiç 2, Hüseynov 4 pillə geriləyib.  

Qeyd edək ki, reytinq cədvəlinə yenə norveçli Maqnus Karlsen başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana isə 2-cidir.