Şəhriyar Məmmədyarov heç-heçə ilə başladı

Norveçdə "Altibox" şahmat turnirinə start verilib.

SportLine.az xəbər verir ki, ilk oyun günündə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Fransa şahmatçısı Maksim Vaşe-Laqravla qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək ki, 9 turdan ibarət turnirdə Maqnus Karlsen (Norveç), Fabiano Karuana (ABŞ), Liren Dinq (Çin), Sergey Karyakin (Rusiya), Uesli So (ABŞ), Hikaru Nakamura (ABŞ), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) da iştirak edir.


28 may 2018
Şahmat, "Altibox" turniri
1-ci tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) ⚪ - ⚫ Maksim Vaşe-Laqravla (Fransa) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) ⚪ - ⚫ Fabiano Karuana (ABŞ) - 1:0
Hikaru Nakamura (ABŞ) ⚪ - ⚫ Liren Dinq (Çin) - 0,5:0,5
Uesli So (ABŞ) ⚪ - ⚫ Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) ⚪ - ⚫ Levon Aronyan (Ermənistan) - 0,5:0,5

Turnir cədvəli:

1. Maqnus Karlsen (Norveç) - 1
2-9. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5
​2-9. Maksim Vaşe-Laqravla (Fransa) - 0,5
​2-9. Hikaru Nakamura (ABŞ) - 0,5
​2-9. Liren Dinq (Çin) - 0,5
​2-9. Uesli So (ABŞ) - 0,5
​2-9. Vişvanatan Anand (Hindistan) - 0,5
​2-9. Sergey Karyakin (Rusiya) - 0,5
​2-9. Levon Aronyan (Ermənistan) - 0,5
10. Fabiano Karuana (ABŞ) - 0