Məmmədyarov Karuana ilə sülh bağladı

Berlində şahmat üzrə İddiaçılar Turniri davam edir.

Sportline.az xəbər verir ki, bu gün X turun görüşləri keçiriləcək.

Qrossmeysterimiz Şəhriyar Məmmədyarov ağ fiqurlarla amerikalı Fabiano Karuana ilə oynayacaq. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib. Məmmədyarovun aktivində 2 qələbə, 7 heç-heçə var. 


22 mart 2018
Şahmat, İddiaçılar Turniri
10-cu tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (ABŞ) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan) - 1:0
Din Liren (Çin) - Uesli So (ABŞ) - 0,5:0,5

Turnir cədvəli:

1. F.Karuana - 6,5
2. Ş.Məmmədyarov - 6
3. A.Qrişuk - 5,5
4-5. S.Karyakin - 5
4-5. L.Dinq - 5
6. V.Kramnik - 4,5
7. U.So - 4
8. L.Aronyan - 3,5