Məmmədyarov və Rəcəbov sülhə razılaşdı
Hollandiyada "Tata Steel Masters" turniri davam edir. SportLine.az xəbər verir ki, Veyk-an-Zedə təşkil olunan yarışın növbəti günündə iştirakçılar 10-cu tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun rəqibi Çin qrossmeysteri Liren Dinq olub. Dueldə qalib müəyyənləşməyib.
Teymur Rəcəbov isə amerikalı Samuel Şaklendlə xal yarı bölüb.
23 yanvar 2019
"Tata Steel Masters"
10-cu tur
Maqnus Karlsen (Norveç) ⚪ - ⚫ Vişvanatan Anand (Hindistan) - 1:0
Yan-Kristof Duda (Polşa) ⚪ - ⚫ Rixard Rapport (Macarıstan) - 0:1
Liren Dinq (Çin) ⚪ - ⚫ Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Santoş Qucrati Vidit (Hindistan) ⚪ - ⚫ Vladimir Kramnik (Rusiya) - 1:0
Yorden Fan Forest (Hollandiya) ⚪ - ⚫ Yan Nepomnyaşşiy (Rusiya) - 1:0
Vladimir Fedoseyev (Rusiya) ⚪ - ⚫ Aniş Giri (Hollandiya) - 0:1
Samuel Şanklend (ABŞ) ⚪ - ⚫ Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Turnir cədvəli
1. Maqnus Karlsen (Norveç) - 7
2. Aniş Giri (Hollandiya) - 6,5
3. Vişvanatan Anand (Hindistan) - 6
3. Yan Nepomnyaşşiy (Rusiya) - 6
3. Liren Dinq (Çin) - 6
6. Teymur Rəcəbov (Azərbaycan) - 5
6. Santoş Qucrati Vidit (Hindistan) - 5
8. Vladimir Fedoseyev (Rusiya) - 4,5
8. Yan-Kristof Duda (Polşa) - 4,5
8. Samuel Şanklend (ABŞ) - 4,5
8. Rixard Rapport (Macarıstan) - 4,5
12. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 4
12. Yorden Fan Forest (Hollandiya) - 4
14. Vladimir Kramnik (Rusiya) - 2,5