Məmmədyarov uduzdu, Rəcəbov heç-heçə etdi

Hollandiyada "Tata Steel Masters" turniri davam edir. SportLine.az xəbər verir ki, Veyk-an-Zedə təşkil olunan yarışın növbəti günündə iştirakçılar 6-cı tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.

Azərbaycan təmsilçisilərindən Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Görüş norveçli şahmatçının qələbəsi ilə yekunlaşıb.

Digər qrossmeysterimiz - Teymur Rəcəbov isə Liren Dinqlə xalı yarı bölüb.

18 yanvar 2019
"Tata Steel Masters"
6-cı tur

Maqnus Karlsen (Norveç) ⚪ - ⚫ Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0

Riçard Repport (Macarıstan) ⚪ - ⚫ Vladimir Kramnik (Rusiya) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan) ⚪ - ⚫ Yan Nepomnyaşşiy (Rusiya) - 0,5:0,5

Yan-Kristof Duda (Polşa) ⚪ - ⚫ Aniş Giri (Hollandiya) - 0:1

Liren Dinq (Çin) ⚪ - ⚫ Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Santoş Qucrati Vidit (Hindistan) ⚪ - ⚫ Samuel Şanklend (ABŞ)  - 0,5:0,5

Yorden Fan Forest (Hollandiya) ⚪ - ⚫ Vladimir Fedoseyev (Rusiya) - 1:0

Turnir cədvəli

1. Yan Nepomnyaşşiy (Rusiya) - 4
1. Liren Dinq (Çin) - 4
1. Maqnus Karlsen (Norveç) - 4
1. Aniş Giri (Hollandiya) - 4
5. Santoş Qucrati Vidit (Hindistan) - 3,5
5. Vişvanatan Anand (Hindistan) - 3,5
7. Teymur Rəcəbov (Azərbaycan) - 3
8. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 2,5
8. Yan-Kristof Duda (Polşa) - 2,5
8. Riçard Repport (Macarıstan) - 2,5
8. Samuel Şanklend (ABŞ) - 2,5
12. Vladimir Fedoseyev (Rusiya) - 2
12. Vladimir Kramnik (Rusiya) - 2
12. Yorden Fan Forest (Hollandiya) - 2