Şəhriyar Məmmədyarov qalib gəldi, komandamız inamlı qələbə qazandı

Yunanıstanın Xalkidiki şəhərində şahmat üzrə klublar arasında Avropa çempionatı start götürüb. SportLine.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanı təmsil edən kişilərdən ibarət "Odlar Yurdu" komandası Finlandiyanın "Komeon" kollektivi ilə üz-üzə gəlib.

Görüş şahmatçılarımızın inamlı qələbəsi ilə yekunlaşıb. Komandanın bütün üzvləri duellərdən qalib ayrılıblar.

Qadın zəka sahiblərimiz də turu qələbə ilə başa vurublar

12 oktyabr 2018
Avropa çempionatı

Kişilər

"Odlar Yurdu" - "Komeon" (Finlandiya) - 6:0 

Şəhriyar Məmmədyarov - Tapani Sammalvyo - 1:0 

Rauf Məmmədov - Timo Lampen - 1:0 

Eltac Səfərli - Harri Mansner - 1:0 

Qədir Hüsyenov - Tommi Verkasalo - 1:0 

Vasif Durarbəyli - Santul Kosmo - 1:0 

Nicat Abasov - Kauko Kelo - 1:0. 

Qadınlar

"Odlar Yurdu" - "Maribor" (Sloveniya) - 3:1

Günay Məmmədzadə - Teodora İnjats - 0,5:0,5

Xanım Balacayeva - Teya Vidiç - 0,5:0,5

Gülnar Məmmədova - Karmen Mar - 1:0 

Ülviyyə Fətəliyeva - Mihevç Mor - 1:0 

Qeyd edək ki, turnirdə, ümumilikdə, 73 klub yarışır. Onlardan 61-i kişilərin qrupunda, 12-i isə qadınların yarışında mübarizə aparır. Hər iki yarışda Azərbaycanı "Odlar Yurdu” komandaları təmsil edir.