Şəhriyar Məmmədyarov qələbə ilə başladı
Moskvada Mixail Talın xatirə turniri start götürüb. SportLine.az xəbər verir ki, turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.
İlk gündə sürətli şahmat üzrə üç tur keçirilib. Şahmatçımız rusiyalı Peter Svidler və hindistanlı dünya çempionu Vişvanatan Anandı üstələyib, digər Rusiya təmsilçisi Vladimir Kramniklə dueldə isə heç-heçə ilə kifayətlənib.
Beləliklə, ilk gündən sonra aktivində 2,5 xalı olan Ş.Məmmədyarov zirvədə qərarlaşıb.
Qeyd edək ki, yarışda daha 6 tur keçiriləcək və mübarizəyə martın 4-də yekun vurulacaq.