Şəhriyar Məmmədyarovun dünya reytinqindəki yeri

Beynəlxalq Şahmat Federasiyası (FİDE) qrossmeysterlərin  yeni reytinqini açıqlayıb.

Sportline.az xəbər verir ki,  şahmatçımız Şəhriyar Məmmədyarov 2809 xalla ikinci sıradakı mövqeyindədir.

Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsendən 34 xal geri qalır.

Şahmatçımız martın 10-da Almaniyanın paytaxtı Berlində başlanacaq İddiaçılar turnirinə reytinq favoriti kimi qatılacaq. 

Digər qrossmeysterlərimiz  - Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 39-cu, Arkadi Naydiç isə 2701 xalla 45-cidir.