Şəhriyar Məmmədyarovun yeni reytinqdəki mövqeyi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin aprel ayına olan reytinq cədvəlini açıqlayıb.
Sportline.az xəbər verir ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov 2814 xalla ikinci pillədəki mövqeyini qoruyub. 33 yaşlı şahmatçı birinci pillədə qərarlaşan Maqnus Karlsendən 29 xal geri qalır.
İddiaçılar Turnirində qələbə qazanan Fabiano Karuana isə 3-cü pillədədir. Digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 18-ci, Rauf Məmmədov 38-ci, Arkadi Naydiç 44-cü yeri tutur.