Şəhriyarın universal reytinqdəki mövqeyi
URS - "Grand chess tour” və Kasparov Fondu tərəfindən təsis edilmiş universal reytinq açıqlanıb. Bu reytinqdə klassik şahmat, rapid və blits üzrə bütün yarışlarda çıxışların nəticələri nəzərə alınır.
Sportline.az xəbər verir ki, reytinq əmsalı 2792 olan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dünya üzrə ilk onluqda beşinci yerdədir. Birinci yerdə norveçli dünya çempionu Maqnus Karlsendir (2859). İkinci yerdə amerikalı şahmatçı Hikaru Nakamura (2806), üçüncü pillədə isə fransız Maksim Vaşye-Laqrav (2796) qərarlaşıb.
Azərbaycan şahmatçılarından daha beş nəfər dünya üzrə ilk yüzlüyə daxildir – Teymur Rəcəbov (2750) 18-ci, Rauf Məmmədov (2713) 37-ci, Eltac Səfərli (2703) 45-ci, Arkadi Naydiç (2699) 48-ci, Qədir Hüseynov (2696) 54-cü yerdədir.