Şenol Günəş dönəmində "Beşiktaş"
"Beşiktaş" 2022/23 sezonunun ikinci yarısında göstərdiyi performansla rəqiblərindən fərqlənib.
Sportline.az GOAL.com-a istiadla xəbər verir ki, qış fasilədən sonra komandaya başçılıq edən Şenol Günəş ən yaxşı nəticəyə imza atıb.
16 oyun keçirən “Qara qartallar” 13 qalibiyyət, 2 heç-heçə və 1 məğlubiyyətlə 41 xal toplayıblar.
Lider “Qalatasaray” 37, “Fənərbağça” isə 36 xalla “Beşiktaş”ın gerisindədir.
Qeyd edək ki, turnir cədvəlinə 79 xalla “Qalatasaray” liderlik edir. “Beşiktaş”la “Fənərbağça” hərəyə 74 xalla 2-ci və 3-cü yerləri bölüşür.