Şesnı "Barselona" üçün tibbi müayinədən keçib

"Barselona"nın heyətinə qatdığı polşalı qolkiper Voytsex Şesnı bu gün tibbi müayinədən keçib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 34 yaşlı qapıçı yaxın günlərdə Kataloniya klubu ilə rəsmi müqavilə imzalayacaq.

Təcrübəli qapıçı klubda zədələnən Ter Şteqeni əvəz edəcək.

Qeyd edək ki, son olaraq "Yuventus"da çıxış edən Şesnı yayda karyerasını bitirdiyini açıqlamışdı.