Şərif Şərifov: "Bu anı çoxdan gözləyirdim"

Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında uğurla çıxış edən sərbəst güləş komandamız vətənə dönüb.
 
Sportline.az saytına müsahibə verən Şərif Şərifov Azarbaycanın həm Avropa, həm Olimpiya, həm də dünya çempionu olan ilk idmançısı kimi fəxr etdiyini bildirib.

“Bu, artıq tam komplekt medallardır. Bu anı çoxdan gözləyirdim. 4-cü cəhddən sonra Avropa çempionatının qızıl medalını qazana bildim. İlk dəfə 2010-cu ildə Bakıdakı Avropa çempionatına çıxış etmişdim. 9 ildən sonra özüm də gözləmədiyim halda qızıl medal əldə etdim”.

 Xatırladaq ki, Şərif Şərifovla yanaşı Hacı Əliyev və Cəbrayıl Həsənov da Avropa çempionu olub. Ağahüseyn Mustafayev gümüş medal qazandığı halda, Nurməhəmməd Hacıyevlə Mahir Əmiraslanov bürünc mükafatla kifayətlənib.