Şesnının "Barselona" macərasının səbəbkarı
Voysex Şesnı "Barselona"ya keçidi haqqında danışıb.
Sportline.az xəbər verir ki, polşalı futbolçu onun Kataloniya təmsilçisinə keçidində əsas rol oynayan şəxsin adını da açıqlayıb.
Şesnı bu keçiddə səbəbkarın Robert Levandovski olduğunu bildirib.
"İlk olaraq mənə Robert zəng elədi. O, mənim fikrimi qətiləşdirdi. Dostlarım və ailəm də sonradan mənə dəstək oldular. İlk addımı isə, Levandovski atdı", - deyə təcrübəli qapıçı "Barca Universal"a müsahibəsində bununla bağlı sualı cavablandırıb.
Qeyd edək ki, 34 yaşlı qolkiper bu gün "Barselona" ilə 2025-ci ilin iyulunadək müqaviləyə imza atıb.