Şeydayevin sabiq klubundan 10 cavabsız qol

Rusiyanın "Krılya Sovetov" komandası ölkə kubokunda tarixi qələbəyə imza atıb.

Sportline.az xəbər verir ki, Samara təmsilçisi IX qrupdakı ikinci matçında səfərdə "Znamya" klubunu 10:0 hesabı ilə məğlub edib. Qonaqların heyətində qolları Daniil Lipovoy, Dmitri Tsıpçenko (3), Sergey Pinyayev (2), Denis Yakuba, İvan Sergeyev (2) və Qlen Beyl vurublar.

Bu, 1992-ci ildən keçirilən Rusiya kubokunda ən böyük hesablı qələbədir. Daha əvvəl "Uralmaş" - "Okean" matçında meydan sahibləri 8 cavabsız qol vurublar. Bu oyun 1992-ci ildə baş tutub.

Qeyd edək ki, Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Ramil Şeydayev 2018/2019 mövsümündə "Krılya Sovetov" klubunun formasını geyinib.