Şikar Bədəlov dünya kubokunu qazandı
Kikboks üzrə dünya kəmərinin sahibi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı Şikar Bədəlov növbəti döyüşünə çıxıb.
Sportline.az xəbər verir ki, idmançımız bu dəfə "Kings of Kings" dünya kuboku çərçivəsində Türkiyənin İstanbul şəhərində Yahya Kemal Beyatlı Mərkəzində mərakeşli Noordin El Benmofla qarşılaşıb.
Kikboks millimizin böyük məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyevin rəhbərliyi ilə görüşə hazırlaşan Bədəlov bu dəfə də qələbə qazanıb. Bədəlov rəqibini 1-ci raundun 1-ci dəqiqəsində nokautla məğlub edərək dünya kubokunu qazanıb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Azərbaycan Kikboksinq Federasiyasının 1-ci vitse-prezidenti Ramal Aslanov da olub.