Şimali Makedoniya millisində itkilər

Bu gün yoldaşlıq oyununda millimizlə qarşılaşacaq Şimali Makedoniya komandası meydana itkilərlə çıxacaq.

Sportline.az Şimali Makedoniya mətbuatına istinadən xəbər verir ki, bunlar Boyan Miyovski və Ezqan Alioskidir.

Miyovski zədə səbəbindən millimizə qarşı oynamayacaq, Alisoki isə ailə problemlərinə görə millinin düşərgəsini tərk edib.

Xatırladaq ki, Şimali Makedoniya - Azərbaycan matçı saat 17:00-da başlanacaq.