Şotlandiya millisi heç vaxt iştirak etdiyi böyük bir turnirin pley-off mərhələsinə çıxa bilməyib

Şotlandiya millisi Avropa Çempionatı və Dünya Çempionatı kimi böyük turnirlərdə heç vaxt qrupdan çıxmayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, ötən gecə Macarıstana məğlub olan britaniyalılar Avropa Çempionatı 2024-də mübarizəni dayandırıblar.

Bu, 1954-cü il Dünya Çempionatından bəri Şotlandiya millisinin 12-ci dəfə qrupda qalması deməkdir.

Milli komanda 4 dəfə Avropa Çempionatının , 8 dəfə isə Dünya Çempionatının iştirakçısı olub.

Qeyd edək ki, Şotlandiyanın yer aldığı A qrupuna 3 oyundan sonra Almaniya başçılıq edib. İsveçrə seçməsi qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib.3-cü sıradakı Macarıstan taleyi digər qrupdakı üçüncülərin vəziyyətindən asılıdır.Son sırada Şotlandiya isə turnirlə vidalaşıb.