"Sivasspor"da Sərvət var

Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi açıqlanıb.

Sportline.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Türkiyə millisinin sabiq üzvü Servet Çetinə tapşırılıb.

42 yaşlı mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb. Servet Çetin buna qədər komandada köməkçi məşqçi kimi çalışırdı

Qeyd edək ki, Azərbaycan türkü olan keçmiş müdafiəçi "Qalatasaray", "Fənərbağça", "Sivasspor"da çıxış edib.